Bank Of Baku

«Baker Tilly» şirkəti Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun auditinə başlayıb

«Baker Tilly» şirkəti Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun auditinə başlayıb
# 25 yanvar 2010 14:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2009-cu il üzrə maliyyə hesabatlarının auditinə başlanılıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Audit «Baker Tilly Audit Azerbaijan» beynəlxalq audit şirkəti tərəfindən keçirilir. Nazirlikdən bildirilib ki, Fondun illik maliyyə hesabatlarının beynəlxalq auditinin keçirilməsi SKMF-in fəaliyyətində, eləcə də maliyyə vəsaitlərinin istifadəsində şəffaflığın və səmərəliliyin artırılması ilə yanaşı, xarici maliyyə bazarından əlavə resurs cəlb edilməsinə yeni imkanlar açır.

Qeyd edək ki, 2009-cu ildə SKMF vəsaitləri hesabına 2 100 sahibkarlıq subyektinə 130 mln. manat güzəştli kreditlər verilib ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 mln. manatı dövlət büdcəsindən SKMF-a ayrılmış vəsait hesabına təmin edilib. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilib ki, bunun da 99,2%-i regionların payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR