Bank Of Baku

Azərbaycanda qrant alan bir təşkilat cərimələnib

Azərbaycanda qrant alan bir təşkilat cərimələnib
# 25 yanvar 2010 14:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda İqtisadi İnkişaf Nazirliyi tərəfindən iki kommersiya hüquqi şəxsin 2 qrant müqaviləsi qeydiyyata alınıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu qrant müqavilələri (qərarları) üzrə alınmış vəsaitin ümumi məbləği 125 min ABŞ dolları təşkil edib. Alınmış vəsaitlər qeyri-bank kredit təşkilatının virtual xüsusi şəbəkə - intranet sisteminin yaradılmasının təmin edilməsi, dil və mədəniyyəti Azərbaycan dilində öyrənmək üçün materialların Azərbaycan dilinə yüksək keyfiyyətli tərcüməsi və nəşrinin dəstəklənməsinə yönəldilib.

Bununla belə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qrant alınması haqqında müqavilələrin sürəti qeydiyyat üçün İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmadığına görə 1 kommersiya hüquqi şəxsə müvafiq cərimə tətbiq olunub və vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2004-cü il 12 fevral tarixli fərmanı ilə təsdiq edilmiş «Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları»na müvafiq olaraq, kommersiya hüquqi şəxslərin qrant müqavilələri İqtisadi İnkişaf Nazirliyində qeydiyyata alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR