Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi əhaliyə Çin istehsalı olan xəmirqazıyıcı qaşıqlardan istifadə etməməyi tövsiyə edir

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi əhaliyə Çin istehsalı olan xəmirqazıyıcı qaşıqlardan istifadə etməməyi tövsiyə edir
# 26 yanvar 2010 16:57 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi əhaliyə xəbərdarlıq edib.

İİN-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Avropa Komissiyasının Xarici Əlaqələr üzrə Baş Direktorluğu Çin Xalq Respublikasının “Ningbo Future İmport&Export Co.” şirkətinin istehsalı olan xəmirqazıyıcı qaşıq mətbəx ləvazimatının tərkibində insan sağlamlığı üçün təhlükəli olan kimyəvi birləşmələrin miqdarı normadan çox olduğunu bəyan edib.

İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin araşdırmaları zamanı hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə olan “Ramstore” MMC tərəfindən 2006-cı ildə ölkəmizə 288 ədəd həmin qaşıqlardan idxal edildiyi və satıldığı müəyyən edilib.

İnsan sağlamlığı üçün təhlükəli olması səbəbindən Dövlət Xidməti əhaliyə həmin qaşıqlardan istifadə etməməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR