Bank Of Baku

Keyfiyyətsiz süd məhsullarının istehsalı və satışı dayandırılıb

Keyfiyyətsiz süd məhsullarının istehsalı və satışı dayandırılıb
# 26 yanvar 2010 17:05 (UTC +04:00)
Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz süd məhsullarının istehsalı və satışı dayandırılıb.

İİN-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, 12-ci Xrebtovı küçəsi, 10 ünvanında Qalib Bağırova məxsus müəssisədə istehsal edilmiş xama və kəsmiyin laborator müayinəsi zamanı bu məhsulların fiziki-kimyəvi göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Bununla əlaqədar həmin məhsulların istehsal edildiyi müəssisədə yoxlamalara başlanılmış və müəssisənin anbarında olan satışa hazır məhsullardan nümunələr götürülüb. Laborator müayinələri nəticəsində müəssisənin istehsal etdiyi qatıq, xama, dovğa və dietik kəsmiyin yağlılıq və turşluğunun etiketlərindəki göstəricilərinə və normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı, eləcə də qatığın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar, dietik kəsmiyin tərkibində isə bağırsaq çöpü qrupundan olan bakteriyalarla yanaşı, normadan artıq kif və maya göbələklərinin olduğu müəyyən edilib.

Qalib Bağırova məxsus müəssisədə məhsul istehsalı və 1582 ədəd müxtəlif ölçülü polimer qablarda qablaşdırılmış xama, dovğa, dietik kəsmik və qatığın, eləcə də 183,3 kq qablaşdırılmamış kəsmiyin satışı dayandırılıb. Sahibkar Qalib Bağırov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süd və süd məhsulları bazarında araşdırmaları davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR