Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Universiteti əməkdaşlığa dair müqavilə imzalayacaq

Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Universiteti əməkdaşlığa dair müqavilə imzalayacaq
# 27 yanvar 2010 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvarın 28-də Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanacaq.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, tərəflər arasında Azərbaycanda bizneslə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi naminə yeni tərəfdaşlıq mühitinin formalaşdırılmasına töhfələr verməsi, müasir elmi-texniki nailiyyətlərin sahibkarlığımızın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi, təkmilləşdirilməsi və inkişafına kömək göstərilməsi məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalanacaq.
Müqaviləni ASK tərəfindən Konfederasiyanın prezidenti Məmməd Musayev, Azərbaycan Universiteti tərəfindən isə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev imzalayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR