Bank Of Baku

Azərbaycan Latviya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan Latviya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır
# 28 yanvar 2010 09:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov yerli iş adamlarını Azərbaycanda sərmayə yatırmağa çağırıb. «APA-Economics»in məlumatına görə, T.Zülfüqarovun latviyalı jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, MDB ölkələri arasında Azərbaycan maliyyə sabitliyi adası sayılır və dünyada müşahidə olunan böhrana baxmayaraq, ölkədə ÜDM-in həcminin artımı davam edir.

Hazırda Latviya ilə Azərbaycan arasında əsasən informasiya texnologiyaları sahəsi və bank sektorunda geniş əməkdaşlıq nəzərə çarpır. Belə ki, Azərbaycanda 5 Latviya bankı və bir neçə informasiya texnologiyaları üzrə şirkət fəaliyyət göstərir. Təkcə «Parex Bank» Azərbaycana 240 mln. avro sərmayə yatırıb.

T.Zülfüqarovun sözlərinə görə, iki ölkə arasında illik ticarət dövriyyəsi rəsmi olaraq 10 mln. dollar təşkil etməsinə baxmayaraq, bu göstərici heç də real vəziyyəti əks etmir və bunun ölkələrin bir-birindən uzaqda olmasının nəticəsidir. Artıq iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məqsədi ilə ikiqat vergitutma və sərmayələrin qorunması haqqında saziş imzalanıb. Lakin Latviya Seyminin deputatı, Azərbaycan-Latviya parlament işçi qrupunun sədri Oleq Denisov hər iki tərəfdən bürokratik maneələrin mövcudluğundan şikayət edib və bu maneələrin əməkdaşlığın daha səmərəli olmasına imkan vermədiyini bildirib. Buna baxmayaraq, Azərbaycan Latviya ilə turizm, tranzit, logistika, energetika, mədəniyyət və kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR