Bank Of Baku

Bərdə rayonunda keçirilən monitorinq nəticəsində çoxlu sayda yararsız ərzaq məhsulları və sertifikatsız məişət avadanlıqları aşkarlanıb

Bərdə rayonunda keçirilən monitorinq nəticəsində çoxlu sayda yararsız ərzaq məhsulları və sertifikatsız məişət avadanlıqları aşkarlanıb
# 28 yanvar 2010 11:23 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Yevlax Regional İdarəsi Bərdə rayonunda monitorinq keçirib. APA-nın Qarabağ bürosunun məlumatına görə, aparılan monitorinq zamanı yararsız ərzaq məhsulları ilə yanaşı ölkəyə qanunsuz yolla gətirilən sənaye malları, məişət avadanlıqları aşkarlanıb. Müəyyən olunan yararsız mallar arasında xüsusilə İran və Çində istehsal edilmiş, standartlara cavab verməyən istilik cihazları üstünlük təşkil edib.

SMPDK-nin əməkdaşı Asif Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, satış üçün ölkəyə gətirilən bütün növ məhsulların sertifikatı olmalıdır: «Lakin bəzi məhsullarda bu sertifikat yoxdur».

Gün ərzində monitorinq zamanı, sənaye malları, mebel, məişət avadanlıqları mağazalarında minlərlə manat dəyərində yararsız məhsul yığışdırılaraq məhv edilib. Bir çox sahibkar və iş adamına isə xəbərdarlıq olunub. Komitə əməkdaşlarının mağazalara təqdim etdikləri iradnamədə qeyd olunub ki, göstərilən nöqsanlar 15 gün ərzində aradan qaldırılmazsa, fiziki şəxslər 3200 manat, hüquqi şəxslər isə 5200 manat cərimə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR