Bank Of Baku

Bakıda yararsız ərzaq məhsullarının daha bir partiyası aşkarlanıb

Bakıda yararsız ərzaq məhsullarının daha bir partiyası aşkarlanıb
# 28 yanvar 2010 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda Z.Əliyeva küçəsi, 24 ünvanında Elnur Kərimova məxsus mağazada, həmçinin, eyni ünvanda yerləşən Mətanət Qasımovaya məxsus mağazada, Yasamal rayonunda K.Kazımzadə küçəsi, ev 113-115 ünvanında yerləşən «Rəşad market»də, M.Müşfiq küçəsi, ev 10 ünvanında «Oazis market»də, Şərifzadə küçəsi, «İnşaatçılar» metrosunun yaxınlığındakı «Toğrul market»də ümumi çəkisi 57 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, sərinləşdirici içkilər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR