Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb
# 29 yanvar 2010 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. «APA-Economics»in məlumatına görə, müqaviləni ASK tərəfindən qurumun prezidenti Məmməd Musayev, Azərbaycan Universiteti tərfəindən isə bu təhsil ocağının rektoru Akif Musayev imzalayıblar.

Müqavilənin əsas məqsədi bizneslə təhsilin uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi naminə yeni tərəfdaşlıq mühitinin formalaşdırılmasına töhfələr verməkdir.

M.Musayevin sözlərinə görə, Konfederasiya və universitet biznes mühitində milli təhsilə ictimai himayədarlıq, ənənələrin formalaşdırılması və inkişafı istiqamətində və digər sahələrdə birgə layihələrin reallaşdırılmasını, həmçinin ehtiyacları qiymətləndirərək sahibkarlıq subyektləri üçün təlim proqramları təşkil edəcək.

A.Musayev isə çıxıçında qeyd edib ki, təhsilin inkişafında sahibkarlığın əməkdaşlığı çox vacibdir. Bu baxımdan da bugünkü səviyyədə təhsilin keyfiyyətini əlaqəli şəkildə artırmaq olar: «Bu müqavilənin imzalamasında məqsədimiz hər iki qurum arasında müasir elmi texniki nailiyyətlərin sahibkarlığımızın inkişafına yönəltmək, eyni zamanda sahibkarlıq subyektlərini maarifləndirməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR