Bank Of Baku

Bakıda «Keyfiyyət nümayəndəsi və keyfiyyət meneceri» mövzusunda təlim kursları keçirilir

Bakıda «Keyfiyyət nümayəndəsi və keyfiyyət meneceri» mövzusunda təlim kursları keçirilir
# 01 fevral 2010 09:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Almaniyanın «GFA Consulting Group» təşkilatı və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə seminar və təlim kursları başlayıb. Bu barədə «APA-Economics»ə SMPDK-nın mətbuat xidmətindən məlumat verilib.

Seminarla əlaqədar Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri də Bakıya gəlib. Onlar SMPDK-nın mütəxəssisləri üçün «Keyfiyyət nümayəndəsi və keyfiyyət meneceri»nə məxsus xüsusiyyətlər barədə məruzələr edəcəklər.

Kurslar iki mərhələdən ibarət olacaq. Birinci mərhələ keyfiyyətin idarə edilməsi sistemi, daxili audit və keyfiyyətin idarə edilməsinin tətbiqi, ikinci mərhələ statistik üsullar və keyfiyyətin idarə edilməsinin yolları mövzularına həsr ediləcək. Hər mərhələdən sonra imtahan keçiriləcək. İmtahanı müvəffəqiyyətlə verən iştirakçıya «Keyfiyyət Nümayəndəsi» və «Keyfiyyət Meneceri» şəhadətnaməsi veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR