Bank Of Baku

Saxlama müddəti ötmüş 180 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 180 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 01 fevral 2010 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 1 ünvanında yerləşən «Bizim market»də, Y.Hüseynov küçəsi, ev 76 ünvanında «Mehriban market»də, Q.Süleymanov küçəsi, ev 16 ünvanında Ramin Rəhimova məxsus mağazada, Nərimanov rayonunda H.Əliyev küçəsi, ev 100 ünvanında yerləşən «Dərnəgül market»də, H.Əliyev küçəsi, ev 90A ünvanında «İntermarket» MMC-yə məxsus «Paterson market»də, Aşıq Molla Cümə küçəsi, ev 15B ünvanında yerləşən «Naf market»də, Atatürk prospekti, 47 ünvanında «Ordubad market»də, Atatürk prospekti, 2A ünvanında «Qurman Plyus» MMC-yə məxsus «Çariçino market»də ümumi çəkisi 180 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, düyü, kofe və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR