Bank Of Baku

Azərbaycanda Korporativ İdarəetmə Laiyhəsinin yeni fazası hazırlana bilər

Azərbaycanda Korporativ İdarəetmə Laiyhəsinin yeni fazası hazırlana bilər
# 02 fevral 2010 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan Korporativ İdarəetmə Laiyhəsi növbəti – üçüncü fazasına keçərək davam etdirilə bilər.

IFC-nin Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda layihənin 2008-ci ilin iyun ayında başlayan ikinci fazası icra olunur: «Cari ilin sonunda – gələn ilin əvvəlində ikinci fazanın başa çatacağı gözlənilir və ola bilsin ki, layihə üçüncü fazada davam etdirilsin».

Qeyd edək ki, Azərbaycnda sözügedən layihənin ilk fazası 2005-2007-ci illəri əhatə edib və bu dövr ərzində pilot təşkilatlar 100 mln. dollar məbləğinə vəsait cəlb edə bilib. Layihəyə həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) də dəstək göstərir. Layihədə tərəf müqabilləri rolunda isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR