Bank Of Baku

Azərbaycanda sahibkarların güzəştli kreditləşdirilməsi gələn həftə bərpa olunacaq

Azərbaycanda sahibkarların güzəştli kreditləşdirilməsi gələn həftə bərpa olunacaq
# 02 fevral 2010 11:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə kreditləşdirilməsi prosesini gələn həftə bərpa edəcək. «APA-Economics» xəbər verdiyi kimi, bunu Fondun icraçı direktor Şirzad Abdullayev bildirib.

Ş.Abdullayevin sözlərinə görə, yanvar ayında sahibkarlardan müvəkkil banklara bu il maliyyəşdiriləcək layihələrin qəbulu və onların monitorinqi aparılıb.

Adi qaydada verilən kreditlərlə yanaşı, Fond regionlarda da kreditlərin verilməsinin təşkilini (kredit yarmarkaları) davam etdirəcək. Belə ki, fevralın 12-də Bərdə, fevralın 24-də Şəmkir, martın 10-da Şamaxı və martın 18-də Beylaqanda kreditlərin verilməsi nəzərdə tutulur.

SKMF-in builki strateqiyasına toxunan Ş.Abdullayev qeyd edib ki, Fondun vəsaitlərinin maksimum çox sahibkar arasında bölüşdürülməsi prinsipi hələ də əsas kimi götürülür, lakin tələbatdan və təqdim edilən layihələrdən asılı olaraq, Fond orta və irihəcmli kreditlər də verilməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR