Bank Of Baku

Azərbaycan Risk Peşəkarları Assosiasiya korporativ idarəetmə iəl bağlı müzakirələrə başlayıb

Azərbaycan Risk Peşəkarları Assosiasiya korporativ idarəetmə iəl bağlı müzakirələrə başlayıb
# 03 fevral 2010 10:45 (UTC +04:00)
Bakı. Nicat Musatfayev – APA-Economics. Azərbaycan Risk Peşəkarları Assosiasiyanın (ARPA) ekspert qrupunda «Daxili nəzarətin korporativ idarəetmədə rolu» mövzusunda silsilə müzakirələrə başlanıb.

ARPA-dan «APA-Economics»ə verilən məlumata görə, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda Korporativ İdarəetmə Layihəsi ilə birgə təşkil olunmuş iclasda korporativ idarəetmə və onun tərkib hissələri, daxili nəzarətin tərifi, mahiyyəti və əhəmiyyəti, daxili nəzarətin iştirakçıları, daxili nəzarət və daxili auditin müqayisəsi kimi komponentlər ətrafında müzakirələr aparılıb, Azərbaycanın bu sahədə təcrübəsi beynəlxalq standartlarla müqayisədə təhlil olunub. Mövzu ətrafında müzakirələr fevral ayının ortalarında davam etdiriləcək və növbəti müzakirələrə beynəlxalq ekspertlərin dəvət olunması planlaşdırılır.

Qeyd edək ki, ekspert qrupunun bu iclası daha geniş tərkibdə keçirilib və iclasda Azərbaycan Mərkəzi Bankın, kommersiya banklarının, sığorta şirkətlərinin, real sektorda fəaliyyət göstərən şirkətlərin hüquqşünasları, risk menecerləri və digər nümayəndələri iştirak ediblər. Ekspert qrupu tərəfindən bu mövzuda müzakirələrin mütəmadi və silsilə xarakterli keçirilməsi qərarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR