Bank Of Baku

Azərbaycanda insan həyatı və sağlamlığı üçün təhlükəli olan yağlar məhv edilib

Azərbaycanda insan həyatı və sağlamlığı üçün təhlükəli olan yağlar məhv edilib
# 03 fevral 2010 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bundan bir qədər öncə məlumat verildiyi kimi, Azərbaycanda kağız qutulara qablaşdırılmış 200 qramlıq «Naş moloçnik» əmtəə nişanlı kərə və şokoladlı yağların mikrobioloji göstəricilərinin normalara uyğun olmaması ilə əlaqədar satışı dayandırılıb və bu malların dövriyyədən çıxarılması ilə bağlı «Naş moloçnik» yağlarının topdansatışı ilə məşğul olan «Avrora» firmasına icrası məcburi göstəriş verilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, araşdırmalara başlanılan zaman «Avrora» firmasının anbarında «Naş moloçnik» əmtəə nişanlı 696,6 kq kərə yağı aşkar edilərək satışı qadağan edilib. Bundan başqa, indiyədək 1 557 kq «Naş moloçnik» əmtəə nişanlı kərə yağı və 158 kq şokoladlı yağ ticarət şəbəkələrindən çıxarılaraq «Avrora» firmasının anbarına qaytarılıb.

Firmanın anbarındakı insan həyatı və sağlamlığı üçün təhlükəli 696,6 kq kərə yağı və ticarət şəbəkəsindən anbara qaytarılmış 158 kq şokoladlı yağ məhv edilib.

Ticarət şəbəkəsindən çıxarılaraq firmanın anbarına qaytarılmış 1 557 «Naş moloçnik» əmtəə nişanlı kərə yağı ilə bağlı araşdırmalar isə davam etdirilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha istehlakçıları insan həyatı və sağlamlığı üçün təhlükəli olan 200 qramlıq kağız qutulara qablaşdırılmış «Naş moloçnik» əmtəə nişanlı kərə yağını almamağı məsləhət görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR