Bank Of Baku

Moskvada MDB ölkələrinin I Beynəlxalq Əczaçılıq Forumu keçiriləcək

Moskvada MDB ölkələrinin I Beynəlxalq Əczaçılıq Forumu keçiriləcək
# 03 fevral 2010 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 18-19-da Adam Smit İnstitutunun təşkilatçılığı ilə Moskvada (Rusiya) MDB ölkələrinin I Beynəlxalq Əczaçılıq Forumu keçiriləcək.

Adam Smit İnstitutunun Moskva ofisindən «APA-Economics»ə verilən məlumata görə, forumun gündəliyində duran əsas məsələlər sırasına regiondakı əczaçılıq bazarının hazırkı vəziyyəti, o cümlədən Rusiya, Ukrayna, Azərbaycan, Qazaxıstan, Belarus, Özbəkistan, Gürcüstan və Ermənistan arasında farmakoloji xidmət, onun hazırkı vəziyyəti, qarşılıqlı farmakoloji xidmət mübadiləsi və bütün bunların inkişaf perspektivləri daxildir.

Bundan başqa, forum iştirakçıları MDB məkanında əczaçılıq məhsullarının razılaşdırılmış qiymətləndirilməsi və buna nəzarət mexanizmləri, tibbi sığorta, lisenziyalaşdırma, sertifikatlaşdırma, əqli mülkiyyət və patent kimi sahələrin aktual problemlərini müzakirə edəcək.

İki gün davam edəcək forumda qeyd edilən məsələlərin müzakirəsi ilə bağlı plenar sessiyalar, interaktiv debatlar və müzakirələr, təqdimat mərasimləri və s. keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR