Bank Of Baku

Azərbaycan ötən il tütün idxalını 34% azaldıb

Azərbaycan ötən il tütün idxalını 34% azaldıb
# 03 fevral 2010 13:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycana 10 125,3 min ABŞ dolları dəyərində 6 555 084,7 litr spirtli içki idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ölkəyə idxal olunan spirtli içkilərin həcmi 2008-ci illə müqayisədə 77,2%, dəyəri isə dəyəri isə 58,8% azalıb.

Hesabat ilində alkoqollu içkilərlə yanaşı ölkəyə 1 312 min dollar dəyərində 1 319 157,6 litr spirt, 5 019,6 min dollar dəyərində 2 368,6 ton tütün və 217 692,2 min dollar dəyərində 11 320 051,5 min ədəd tütün məmulatı (siqaret, papiros, siqar və s.) idxal olunub. Spirt idxalında 32,2%, tütün idxalında 34,3% azalma, tütün məmulatlarının idxalında isə 2,9% artım olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR