Bank Of Baku

ALmaniyada Qarabağın etiketdə «Artsax» kimi əks olunduğu konyaklar Ermənistanın sərgi stendindən yığışdırılıb

ALmaniyada Qarabağın etiketdə «Artsax» kimi əks olunduğu konyaklar Ermənistanın sərgi stendindən yığışdırılıb
# 03 fevral 2010 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) işçilərindən ibarət nümayəndə heyəti Berlində (Almaniya) keçirilən «Beynəlxalq Yaşıl Həftə - 2010» sərgisində iştirak edib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 1926-cı ildən başlayaraq hər il keçirilən sərgidə kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş etdirilir. Avropanın ən iri sərgisi hesab olunan «Beynəlxalq Yaşıl Həftə»də Azərbaycan 3-cü dəfə iştirak edib.

Sərgidə Azərbaycanı adıçəkilən dövlət qurumları ilə yanaşı 10-dan çox şirkətin nümayəndələri təmsil edib. Azərbaycan şirkətlərinin «Beynəlxalq Yaşıl Həftə - 2010» sərgisində nümayiş olunan məhsullar iştirakçılar, eləcə də sahibkarlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, əvvəlcədən təşkilatçılar tərəfindən iştirakçı ölkələrə və şirkətlərə tədbirdən siyasi məqsədlər üçün istifadə edilməməsi barədə məlumat verilib və bu barədə razılıq əldə olunub. Lakin buna baxmayaraq, sərgi zamanı İqtisadi İnkişaf Nazirliyi və Azpromo-nun əməkdaşları Ermənistanın stendində nümayiş olunan və satış məqsədilə gətirilən məhsullar arasında etiketində Qarabağ ərazisinin «Artsax» adı altında Ermənistanın tərkib hissəsi kimi göstərildiyi konyaklar aşkar edib. Bununla bağlı, Azərbaycanın Almaniyadakı səfirliyi məlumatlandırılıb və sərginin təşkilatçılarından bu məhsulların dərhal sərgidən çıxarılması tələb olunub.

Görülmüş tədbirlər nəticəsində bu məhsulların paylanmasının qarşısı alınıb və üzərindəki etiketlərinin Qarabağ ərazisinin «Artsax» adı altında Ermənistanın tərkibində göstərilən hissəsinin kəsilərək götürülməsi təmin edilərək erməni şirkətlərinin növbəti təxribatçı hərəkətinin qarşısı alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR