Bank Of Baku

Azərbaycanda qızıl istehsalı 21,6% artıb

Azərbaycanda qızıl istehsalı 21,6% artıb
# 03 fevral 2010 23:57 (UTC +04:00)
«APA-Economicis»in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu «Anglo Asian Mining» şirkətinin baş icraçı direktoru, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri bildirib.

R. Vəzirinin sözlərinə görə, yanvar ayında «Gədəbəy» filiz yatağında aylıq hasilat 2 863 unsiyadan 3 483 unsiyaya çatdırılıb.

Qeyd edək ki, «Gədəbəy» yatağında qızıl istehsalına 2009-cu ilin iyul ayında başlanıb. Bu günədək ordan 14 848 unsiya qızıl istehsal edilib.

R. Vəziri bildirib ki, şirkət 2010-cu il ərzində istehsalı artırmağı planlaşdırır. Cari ilin iyun ayınadək illik istehsalı 25 min unsiyaya çatdırmağı hədəf olaraq qarşıya qoyub.

Xatırladaq ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR