Bank Of Baku

Son 40 ildə ilk dəfə Böyük Britaniyada siqaret satışında artım qeydə alınıb

Son 40 ildə ilk dəfə Böyük Britaniyada siqaret satışında artım qeydə alınıb
# 04 fevral 2010 07:49 (UTC +04:00)
Bakı – APA-Economics. Ötən il Böyük Britaniyanın tütün bazarı 1% artaraq 45,5 mlrd. siqaretə çatıb.

APA-Economics”in məlumatına görə, bu barədə dünyanın dördüncü nəhəng tütün şirkəti olan “Imperial Tobacco” açıqlama yayıb.

“The Times” qəzeti yazır ki, bu göstərici son 40 ildə tütün bazarının həcmində qeydə alınan ilk artımdır. Bunun əsas səbəblərindən biri də qlobal iqtisadi böhrandır. Belə ki, bir çox britaniyalılar qənaət etmək məqsədilə tütün alaraq papiros düzəldib çəkməyə başlayıblar. “Imperial Tobacco” isə ölkədə doğranılmış tütünün yarıdan çoxunu satan şirkətdir. Ötən il doğranılmış tütün bazarının həcmi 21% artaraq 4650 tona çatıb.

Analoji göstərici Britaniya şirkətinin İspaniyadakı fəaliyyətində də özünü göstərir. İqtisadi böhrandan ciddi zərər görən İspaniyada ötən il siqaret bazarı 10% azalaraq 80,7 mlrd. ədədə çatıb. Əvəzində isə tütün bazarı 30% artaraq 5150 tona çatıb.

Qeyd edək ki, “Imperial Tobacco”nun əsası 1901-ci ildə qoyulub. 2008-ci ilin yekunlarına görə, şirkətin xalis mənfəəti 441 mln. funt sterlinq (704 mln. dollar) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR