Bank Of Baku

Lənkəran, Masallı və Astara rayonlarında təhlükəli qaz sobalarının satıldığı aşkarlanıb

Lənkəran, Masallı və Astara rayonlarında təhlükəli qaz sobalarının satıldığı aşkarlanıb
# 04 fevral 2010 08:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 5 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Lənkəran, Masallı və Astara rayonlarında uyğunluq sertifikatı olmayan, təhlükəli qaz sobalarının satıldığını aşkarlayıb. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Ərazi İdarəsi tərəfindən aparılmış monitorinq zamanı Lənkəran şəhərində fiziki şəxs Vüqar Məmmədova məxsus mağazada “Süsler”, “Westburq”, “Luxell”, “Nord”, fiziki şəxs Mehman Axundova məxsus mağazada “Termes”, “Süsler”, fiziki şəxs Habil Ağayevə məxsus mağazada “Süsler”, fiziki şəxs Mirəziz Ağayevə məxsus mağazada “Simens”, fiziki şəxs Səbuhi Cabbarova məxsus mağazada “Temirkel” nişanlı mənşəyi məlum olmayan qaz sobaları müəyyən olunub.

Bundan başqa, Masallıda yerləşən “Leyla-X” kiçik müəssisəsində “Adrian”, fiziki şəxs Elvin Baxışova məxsus mağazada “Donar” nişanlı sertifikatsız məişət avadanlıqları, Astara rayonunda fiziki şəxslər Asif Fətəliyev, Ağamoğlan Hüseynov və Çinar Cəfərova məxsus mağazalarda kustar üsulla hazırlanmış qaz sobaları aşkarlanıb.

Bütün hallarda sahibkarlara adıçəkilən malların satışdan çıxarılması barədə tələbnamələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR