Bank Of Baku

Mahmud Məmmədquliyev: “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı xidmətlər sahəsində təkliflər hazırlanıb”

Mahmud Məmmədquliyev: “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı xidmətlər sahəsində təkliflər hazırlanıb”
# 04 fevral 2010 09:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı xidmətlər sahəsində təkliflər hazırlanıb”. APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, təkliflər ABŞ, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya tərəfindən hazırlanıb: “Biz bu təkliflərə baxmışıq. Yaxın günlərdə bizim yeni təkliflərimiz bu ölkələrə ikitərəfli əsasda təqdim olunacaq. Avropa Birliyinin verdiyi suallara da cavablar hazırlanıb. Bu cavablar bir daha nəzərdən keçirilir və yaxın zamanlarda ÜTT katibliyinə təqdim olunacaq. ABŞ sualları verməkdə bir qədər gecikmişdi. Ona görə indi həmin suallara cavablar hazırlanır”.

M. Məmmədquliyev deyib ki, Azərbaycan tərəfindən mallar üzrə yeni təkliflər hazırlanıb. Bu təkliflər sabah ÜTT-yə daxil olmaq üzrə hökumət komissiyasında müzakirə olunacaq. Əgər bu təkliflər qəbul olunsa, onlar da ÜTT katibliyinə təqdim olunacaq. Nazir müavini deyib ki, qanunvericiliyin ÜTT-nin qanunvericiliyinə, sazişlərinə uyğunlaşdırılması istiqamətində də işlər aparılır: “Marta qədər hər hansı iclasın keçiriləcəyi gözlənilmir. İlin birinci yarısında isə ola bilsin ki, Cenevrədə və başqa paytaxtlarda ikitərəfli iclaslar olsun”.

Onun sözlərinə görə, hələlik ÜTT ilə razılaşdırılmamış bir çox təkliflər qalıb: “Biz bu təkliflərin hamısını qəbul edə bilmərik. Bu təkliflər mallar, xidmətlər, kənd təsərrüfatına daxili yardımla bağlıdır. Biz çalışacağıq ki, kompromis variantlar tapaq”.

M. Məmmədquliyev deyib ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və ÜTT-yə bu statusla daxil olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR