Bank Of Baku

Beyənlxalq Maliyyə Korporasiyası Azərbaycana «bir pəncərə» sisteminin təkmilləşdirilməsini tövsiyə edir

Beyənlxalq Maliyyə Korporasiyası Azərbaycana «bir pəncərə» sisteminin təkmilləşdirilməsini tövsiyə edir
# 05 fevral 2010 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beyənlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə ölkədə tətbiq olunan «bir pəncərə» sistemində əlavə təkmilləşdirilmə işlərinin aparılması ilə bağlı tövsiyələr təqdim edib.

«APA-Economics»in məlumatına görə, IFC və Azərbaycanın müxtəlif orqanların nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən respublikada «bir pəncərə» sisteminin tətbiqinə dair araşdırma keçirilib və araşdırmanın nəticəsi olaraq bir sıra tövsiyə hazırlanıb.

Tövsiyələr qeydiyyat zamanı «sükut - razılıqdır» prinsipinin əks olunması (yəni, 3 gün ərzində müsbət və ya mənfi cavab verilmədiyi halda ərizə avtomatik təsdiq olunur), bank hesabının açılması üçün müvafiq prosedurların biznes qeydiyyatı üzrə «bir pəncərə» prinsipinə tam uyğunlaşdırılması, hüquqi və fiziki şəxslərin qeydiyyatı üçün elektron qeydiyyat sisteminin tətbiqi, reyestrin funksiyalarının genişləndirilməsi, qeydiyyat sənədlərinin notariat qaydada təsdiq olunması tələbinin aradan qaldırılması və sahibkarların öz hüquq və vəzifələrinin, həmçinin prosedurların dəyişməsi barədə hüquqi biliklərinin artırılmasından ibarətdir.

Öz növbəsində, Azərbaycan hökuməti bütün bu tövsiyələrin yerinə yetirilməsi üçün müəyyən vaxt və qanunvericiyliyin təkmilləşdirilməsinin tələb olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR