Bank Of Baku

“Bona Diamond” məşhur Rusiya brilyantlarını təqdim edir - FOTO

“Bona Diamond” məşhur Rusiya brilyantlarını təqdim edir - <font color=red>FOTO</font>
# 08 fevral 2010 11:28 (UTC +04:00)
Bakı - APA-Economics. Fevralın 6-da Bakıda “Bona Diamond” mağazasının açılışı olub. “APA-Economics”in məlumatına görə, mağaza uzunmüddətli fasilədən sonra Rusiya brilyantından hazırlanmış zinət əşyalarını brilyant həvəskarlarının diqqətinə təqdim edib.

İzmir prospekti-5 ünvanında fəaliyyətə başlayan “Bona Diamond” mağazasında müxtəlif növ brilyant zinət əşyaları təqdim olunub. Bu zinət əşyalarının əsas özəlliyi ondan ibarətdir ki, məmulatların hazırlanmasında özünəməxsus kəsim forması və təmizliyə malik rus brilyant qaşlarından, həmçinin qızıl və digər qiymətli metallardan istifadə olunub. Butikin nəzdində xaricdə təhsil almış və texniki sertifikata malik mütəxəssislərin çalışdığı xüsusi dizayner şöbəsi fəaliyyət göstərir. Dizaynerlər alıcılara kataloqlar təqdim etməklə məmulatda alıcının tələblərinə uyğun istənilən dəyişiklik və əlavələri edə bilərlər.

Qeyd edək ki, fəaliyyətə 2009-cu ildə başlayan “Bona Diamond” Ticarət-İstehsalat Birliyi Rusiyanın “Kristall” zavodu ilə əməkdaşlıq edir. Belə ki, mağazada təqdim olunan bütün zinət əşyaları bu zavodda emal olunmuş və cilalanmış brilyant qaşlardan hazırlanır. Diqqətəlayiq məqamlardan biri də odur ki, “Bona Diamond” mağazası alıcılarının istəyinə uyğun olaraq yüksək ixtisaslı, peşəkar usta və dizaynerlər tərəfindən hazırlanan zərgərlik məmulatlarının hər qaşına görə “Kristall” zavodunun sertifikatını təqdim edir.

40 ildən çox fəaliyyət göstərən “Kristall” zavodu brilyant istehsalı üzrə Avropanın ən böyük istehsalat birliklərindən biri hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR