Bank Of Baku

Azərbaycanda «elektron ticarət»in inkişaf etdirilməsi məqsədilə xüsusi veb-portal yaradılır

Azərbaycanda «elektron ticarət»in inkişaf etdirilməsi məqsədilə xüsusi veb-portal yaradılır
# 09 fevral 2010 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqstiadi İnkişaf Nazirliyi və Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ölkədə «elektron ticarət»lə bağlı veb-portalın yaradılması istiqamətində işlərə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının (2008-2015-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planında respublikada «elektron ticarət»in yaradılması sahəsində işlərin intensivləşdirilməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq verilib. Tapşırığın icrasını təmin etmək üçün sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının sərbəst bazara çıxışının dəstəklənməsi məqsədilə GTZ-nin «Özəl sektora dəstək proqramı» çərçivəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən «elektron ticarət»lə bağlı veb-portalın yaradılması nəzərdə tutulur ki, artıq sözügedən veb-portalın yaradılması istiqamətində işlərə başlanılıb. Belə ki, yaxın aylar ərzində veb-portalın idarə edilməsi, həmçinin saxlanması xərclərinin maliyyələşdirilməsi və digər sahələrdə donorlarla danışıqlar aparılacaq.

«Elektron ticarət»lə bağlı veb-portal istifadəyə verildikdən sonra bu sahədə ictimaiyyətin, o cümlədən, kənd təsərrüfatı məhsulları istehsalçılarının və sahibkarların məlumatlandırılması və təlimlərin keçirilməsi ilə bağlı tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR