Bank Of Baku

Azərbaycan «Gold İstanbul-2010» zərgərlik sərgisində iştirak edəcək

Azərbaycan «Gold İstanbul-2010» zərgərlik sərgisində iştirak edəcək
# 10 fevral 2010 08:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Fevralın 18-dən 21-dək İstanbulda (Türkiyə) «Gold İstanbul-2010» zərgərlik, qızıl və ləl-cavahirat sərgisi keçiriləcək. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avrasiyanın ən böyük zərgərlik sərgisi olan «Gold İstanbul-2010»da Azərbaycan da daxil olmaqla 30-a yaxın ölkədən yüzlərlə şirkətin iştirakı nəzərdə tutulur.

Sərgidə qiymətli metallardan, qiymətli metallarla örtülü əsas metallardan, qiymətli və yarı qiymətli daşlardan cavahirat və zərgərlik məmulatları istehsalı, üzüklər, bilərziklər, boyunbağılar, sırğalar, brilyantlar və büjuteriya dəstləri, mirvari, saatlar, zərgərlik texnologiyaları və avadanlıqları, xidmət və s. nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR