Bank Of Baku

Latviyanın Mejayne şəhərciyinin sahibi azərbaycanlı ola bilər

Latviyanın Mejayne şəhərciyinin sahibi azərbaycanlı ola bilər
# 10 fevral 2010 09:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Latviyanın Özəlləşdirmə Agentliyi əvvəllər “Skrunda-1” kimi tanınan Mejayne şəhərciyinin satışı üzrə auksionun nəticələrini rəsmən təsdiqləyib.

«APA-Economics»in məlumatına görə, özəlləşdirmə şərtlərinə əsasən, alqı-satqı haqda müqavilə auksion qalibinin yazılı dəvətnamə aldığı gündən iki ay ərzində imzalanmalıdır.

Dəvətnamə auksionun qalibi olan “Alekseyevskoe-servis” şirkətinə göndərilib. Şirkət yaxın 10 gün ərzində, lotun ilkin qiyməti ilə satış qiyməti arasında fərqin 7%-i həcmində (97 860 lat) rüsumu və 700 lat məbləğində sığorta mükafatını ödəməlidir.

Hərracın qalibi qanun tərəfindən müəyyən edilmiş müddət ərzində özəlləşdirmə agentliyi ilə müqavilə bağlamadığı halda, özəlləşdirmə şərtlərinə əsasən hərracın qalibi lot üzrə ikinci ən yüksək qiymət təklif edən iştirakçı elan edilə bilər ki, bu da Azərbaycan təmsilçisi olan Məhəmməd Qurbanovdur.

Qeyd edək ki, satınalmanın ödənişi hər ay ödəniş qrafikinə uyğun olaraq eyni hissələrlə həyata keçirilir. Ödənişlər müqavilənin imzalandığı tarixdən sonrakı ilk tam təqvim ayından başlayır. Alıcı satınalmanın dəyərini möhlətlə ödədiyi halda, bu, ona qiymət qalığının illik 6%-i həcmində başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR