Bank Of Baku

“Rəqabətə davamlı bazarda sahibkarların töhfəsi” mövzusunda seminar keçirilib

“Rəqabətə davamlı bazarda sahibkarların töhfəsi” mövzusunda seminar keçirilib
# 11 fevral 2010 09:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK), Milli Koordinasiya Bürosu və «Azərbaycanda Milli Koordinasiya Bürosuna və Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin icrasına dəstək» Avropa Yardım Layihəsinin dəstəyi ilə “Rəqabətə davamlı bazarda sahibkarların töhfəsi” mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, seminarda sahibkarlarla yanaşı, müvafiq dövlət qurumlarının, həmçinin bir sıra universitetlərin nümayəndələri də iştirak edib.

Seminarda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi üzrə Dövlət Xidmətinin rəis müavini Azər Əliyev ölkədə sahibkarlığın inkişafından, həmçinin sahibkarlar üçün yaradılan münasib şəraitdən söz açıb. A.Əliyevin sözlərinə görə, sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da genişləndirilməsi, eyni zamanda bu sahədə rəqabətin yaradılması üçün Rəqabət Məcəlləsi qəbul ediləcək: «Rəqabət Məcəlləsi üzrə yeni qanun layihəsi Milli Məclisin ikinci oxunuşundan keçib və üçüncü oxunuş üçün növbəti iclasa tövsiyə edilib. Yaxın günlərdə Milli Məclisin növbəti iclaslında yeni qanun layihəsi müzakirəyə çıxarılacaq».

Tədbirdə həmçinin Azərbaycanın ilk barter şirkəti olan “Azbarter” ölkədə barter münasibətlərini tənzimləyən bir qurum kimi öz təqdimatını nümayiş etdirib. Şirkətin prezidenti Xəyal Məmmədxanlı bütün üzv şirkətlər arasında mal və xidmətlərin nağd pul istifadə olunmadan, barter yolu ilə alqı-satqısını həyata keçirən, şirkətlərə nağd vəsait xərcləmədən öz məhsullarını satmaq, onlara lazım olan mal və xidmətləri göstərmək imkanlarından danışıb.

Seminarda rəqabət üzrə Avropa Birliyinin təcrübəsi haqqında Avropa Yardım Layihəsinin beynəlxalq qısamüddətli eksperti Massimiliano Qançi “Kartellərə qarşı mübarizə - Avropa təcrübəsi” mövzusunda geniş təqdimatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR