Bank Of Baku

Dünya Bankı Azərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsi proqramını dəstəkləməyə hazırdır

Dünya Bankı Azərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsi proqramını dəstəkləməyə hazırdır
# 11 fevral 2010 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün kredit ayırmağa hazırdır. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı Fond ilə Bank arasında ilkin danışıqlar aparılıb: «Lakin danışıqlar qeyri-formal olub və Azərbaycan hökumətindən bununla bağlı heç bir rəsmi müraciət olmayıb».

Bundan öncə SKMF-in icraçı direktoru Şirzad Abdullayev isə qeyd etmişdir ki, DB Fonda 100 mln. manat həcmində vəsait ayırmağa hazırdır.

Xatırladaq ki, dövlət büdcəsindən maliyyələşdirilən SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR