Bank Of Baku

Bakıda “Twinning” layihəsinin rəhbər komitəsinin iclası keçirilib

Bakıda “Twinning” layihəsinin rəhbər komitəsinin iclası keçirilib
# 11 fevral 2010 15:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyası sahələrində imkanların gücləndirilməsi üzrə “Twinning” layihəsinin rəhbər komitəsinin iclası keçirilib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

İclasda çıxış edən Komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev layihənin həyata keçirilməsi prosesi barədə məlumat verib. Metrologiya şöbəsinin müdiri Oqtay Abbasov isə çıxışında bildirib ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun təkmilləşdirilməsi məqsədilə əlavə və dəyişikliklər hazırlanıb. Bundan başqa, Beynəlxalq Qanunverici Metrologiya Təşkilatına Azərbaycanın üzv olması ilə bağlı danışıqlara başlanıb. Avropa Birliyinin “Ölçmə vasitələri haqqında” direktivinin Azərbaycanda tətbiqi ilə bağlı mexanizmlər də müzakirə obyektidir. Həmçinin Milli Metrologiya Mərkəzinin maddi-texniki təchizatının gücləndirilməsi məqsədilə Avropa Birliyinin maliyyəsi hesabına alınacaq avadanlıqların cari ilin 15 aprel tarixinədək quraşdırılması qərara alınıb.

İclasda həmçinin bildirilib ki, Dövlət Komitəsində “Akkreditasiya haqqında” Qanunun son layihəsi də hazırdır. Bu sahənin fəaliyyətini tənzimləyən 6 rəhbəredici sənəd isə qəbul edilib.

İclasın sonunda 3 aylıq hesabat təsdiqlənib. Növbəti iclasın may ayının 6-da keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR