Bank Of Baku

Ötən il Azərbaycanda 11 min tona yaxın yararsız məhsul satışdan çıxarılıb

Ötən il Azərbaycanda 11 min tona yaxın yararsız məhsul satışdan çıxarılıb
# 12 fevral 2010 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən ölkənin ticarət şəbəkəsindən yeyinti sahəsinə aid olan bir sıra təhlükəli və istifadəyə yararsız məhsullar aşkar olunaraq satışdan çıxarılıb. «APA-Economics»in məlumatına görə, bunu SMPDK-nın sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanın ticarət şəbəkəsindən 40 tonadək qənnadi məhsulları, 1 min ton düyü, 60 ton alkoqolsuz içki, 10 ton süd, 8,5 min ton tərəvəz və digər qida məhsulları dövriyyədən çıxardılaraq məhv edilib: «Bununla yanaşı, ötən il ərzində insan orqanizmi üçün təhlükəli olan 100 adda uşaq oyuncaqları satışdan çıxarılaraq məhv edilib ki, bunların əksəriyyəti Çindən Azərbaycana gətirilən oyuncaqlardır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR