Bank Of Baku

Lənkəranda «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib

Lənkəranda «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib
# 12 fevral 2010 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Lənkəranda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqının «İqtisadi İnkişaf Nazirliyinə dəstək layihəsi» ilə birgə «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda növbəti seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Seminarı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda yaradılmış əlverişli biznes mühiti və ölkənin ixrac potensialı barədə ətraflı məlumat verib, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının (GSP+) əhəmiyyətini vurğulayıb.

Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov isə GSP+ proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və qeyd edib ki, Azərbaycanın ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə GSP+ proqramından istifadə olunması xarici ticarət siyasətinin prioritet istiqamətlərindəndir: «Ölkəmizdə 2009-cu ilin yanvar ayından etibarən tətbiq edilən GSP+ proqramı Azərbaycan üçün təqribən 7 200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır. Bu isə, ölkəmizin ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun diversifikasiyası baxımından vacibdir».

Seminar çərçivəsində həmçinin, mənşə sertifikatının verilməsi, GSP+ sisteminin əsas xüsusiyyətləri, sistemin ölkənin biznes ictimaiyyətinə potensial faydası barədə təqdimatlar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR