Bank Of Baku

«Azbarter» şirkəti Dünya Barter Birliyinə üzv olub

«Azbarter» şirkəti Dünya Barter Birliyinə üzv olub
# 16 fevral 2010 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev –APA-Economics. Azərbaycanın ilk barter şirkəti olan «Azbarter» MMC Dünya Barter Birliyinə (IRTA) üzv olub. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin prezidenti Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, Dünya Barter Birliyinə üvzolmaqda əsas məqsəd dünyada barter əməliyyatlarının aparılması qaydaları ilə yaxından tanış olmaq, onların prosedur və təcrübələrini öyrənmək və beynəlxalq barter təşkilatları ilə sıx əməkdaşlıq etməkdir.

Qeyd edək ki, «Azbarter» şirkəti 2009-cu ilin noyabrından fəaliyyətə başlayıb. «Azbarter» ona üzv olan bütün müəssisələrin barter ehtiyaclarını ödəmək və onlara lazım olan mal və xidmətlərin barter vasitəsilə alınıb satılmasını təmin edən bir şirkətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR