Bank Of Baku

Ötən il Azərbaycanda 73 613 yeni iş yeri açılıb

Ötən il Azərbaycanda 73 613 yeni iş yeri açılıb
# 18 fevral 2010 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il Azərbaycanda 73 613 yeni, o cümlədən 54 515 daimi iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, həmin dövr ərzində yeni açılmış daimi iş yerlərinin 13,4%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,6%-i mövcud müəssisə və təşkilatlarda, 1,4%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 70,6%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 27,3%-i Bakıda, 70,3%-i regionlarda, o cümlədən 18,3%-i Aran, 13%-i Gəncə-Qazax, 7,3%-i Abşeron, 6,8%-i Quba-Xaçmaz, 6,4%-i Naxçıvan, 6,1%-i Lənkəran, 5,4%-i Şəki-Zaqatala, 3,6%-i Dağlıq Şirvan, 2,8%-i Yuxarı Qarabağ, 0,6%-i Kəlbəcər-Laçın iqtisadi rayonlarında, 2,4%-i isə mərkəzi təşkilatlarda açılıb.

Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq yeni iş yerlərinin 91,8%-i qeyri-dövlət sektorunda yaradılıb. Mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmış daimi iş yerlərindən 5,9%-i tikinti, 3,8%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3%-i emal sənayesi, 1,8%-i nəqliyyat və anbar təsərrüfatı, 1,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və digər sahələrdə açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR