Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 332,6 min nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 332,6 min nəfərə çatıb
# 18 fevral 2010 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il fevral ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 332,6 min nəfər olub. Onun 4 072,5 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 376,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 862,5 min nəfər, qeyri-dövlət bölməsində 490,6 min nəfər olmaqla orta siyahı sayı 1 353,1 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,7%-i istehsal sahələrində, o cümlədən 12%-i sənayedə, 4,9%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,8%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,2%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,3%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,1%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,7%-i isə digər sahələrdə cəmlənib.

Bu il fevral ayının 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 41 min nəfər olub, onların 44%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği isə 173,8 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR