Bank Of Baku

Azərbaycanda ölkəyə idxal olunan malların etiketlənməsi vəziyyəti yoxlanacaq

Azərbaycanda ölkəyə idxal olunan malların etiketlənməsi vəziyyəti yoxlanacaq
# 18 fevral 2010 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il martın 1-dən etibarən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq malları idxal edən təsərrüfat subyektlərində malların etiketlənməsi qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalara başlayacaq.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Yeyinti məhsulları haqqında» qanuna əsasən, Azərbaycana idxal edilən yeyinti məhsullarının etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcümə ilə müşayiət olunmalıdır. Bununla yanaşı, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanuna uyğun olaraq istehlakçıya malın (xidmətin) istehsalçısı, istehlak xassələri, tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları, malın hazırlanmasında istinad olunan standart və ya digər normativ sənədin adı, nömrəsi, malın sertifikatlaşdırılması və s. barədə dolğun və düzgün məlumat verilməlidir.

Qanunvericiliyə əsasən, etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların satışı qadağandır. Bu cür malların satışı ilə məşğul olan şəxslər inzibati qaydada məsuliyyət daşıyırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR