Bank Of Baku

Yanvarda Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi artıb

Yanvarda Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi artıb
# 18 fevral 2010 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,3% artaraq 1 390,9 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artım istehlak bazarının əmtəə və xidmət resursları ilə təminatının səviyyəsinin, eləcə də əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi hesabına əldə edilib. Artımın 86,4%-i özəl müəssisələrin fəaliyyəti hesabına təmin edilib, hesabat ayında bu müəssisələr tərəfindən əhaliyə 1 281,2 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 73,1% və 26,9% təşkil edib.

Hesabat ayında ticarət və xidmət şəbəkələrində hər bir ölkə sakini orta hesabla 156,6 manatlıq və ya 14,3 manat çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.

Bununla yanaşı, 2010-cu ilin yanvar ayında istehlakçılara (ixrac da daxil olmaqla) 434,3 min ton neft məhsulları göndərilib. Bunun 53,6%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 46,4%-i isə ixrac olunub. Neft məhsullarının 47%-ni dizel yanacağı, 19,6%-ni avtomobil benzini, 10,7%-ni aviasiya üçün və sair ağ neft, 4,7%-ni mayeləşdirilmiş qazlar, 2,2%-ni neftbitum, 1,8%-ni mazut yanacağı, 0,6%-ni sürtkü yağları, 13,4%-ni isə digər məhsullar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR