Bank Of Baku

Saxlama müddəti ötmüş 800 kiloqram ərzaq məhsulları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 800 kiloqram ərzaq məhsulları satışdan çıxarılıb
# 18 fevral 2010 15:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda Q.Qarayev prospekti, ev 61 ünvanında yerləşən «Aslan market»də, ev 3 ünvanında «Dadım market»də, ev 107 ünvanında «Nigar market»də, Ə.Vəliyev küçəsi, 10 ünvanında «Ankara market»də, B.Nuriyev küçəsi, ev 26 ünvanında «İsalı market»də, ev 71 ünvanında «Əli market»də, Məhsəti küçəsi, 5 ünvanında yerləşən «Sərxan market»də, Binəqədi rayonunda Azadlıq prospekti, 180 ünvanında «Aynur market»də, Nərimanov rayonunda N.Nərimanov küçəsi, ev 5, mənzil 47 ünvanında Həsənağa Babayevə məxsus mağazada, 909-cu məhəllədə Pərviz Əsgərova məxsus mağazada, Z.Bünyadov prospekti, 36 ünvanında Muxtar İldarova məxsus mağazada, İ.Dadaşov küçəsi, ev 52 ünvanında Balakişi Zeynalova məxsus mağazada, Azadlıq prospekti, ev 154 ünvanında Yasin Bəşirova məxsus mağazada, Nəsimi rayonunda M.Qaşqay küçəsi, ev 24, mənzil 127 ünvanında Səfər Həsənova məxsus mağazada, ev 5, mənzil 7 ünvanında Xudaverdi Məmmədova məxsus mağazada, ev 42 ünvanında Taleh Həsənova məxsus mağazada, Azadlıq prospekti, 70, mənzil 2 ünvanında «Prestij market»də, Kaveroçkin küçəsi, ev 21, mənzil 54 ünvanında «525 market»də, ev 21 ünvanında İlyas Məmmədova məxsus mağazada, S.Zeynalov küçəsi, ev 2A ünvanında Fazil Mirzəyevə məxsus ticarət obyektində ümumi çəkisi 800 kiloqrama yaxın saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, konservləşdirilmiş məhsullar, yağlar, süd və süd məhsulları, makaron məmulatları, uşaq yeməkləri, pivə, meyvə şirələri, sular, kofe, çay, noxud, göbələk, düyü, xurma və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR