Bank Of Baku

Azərbaycanda sahibkarların problemlərinin öyrənilməsi üçün sorğu keçirilir

Azərbaycanda sahibkarların problemlərinin öyrənilməsi üçün sorğu keçirilir
# 19 fevral 2010 14:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarların yerlərdə qarşılaşdıqları problemləri öyrənmək məqsədi ilə sorğu keçirir. «APA-Economics»in məlumatına görə, bunu ASK-nın prezidenti Məmməd Musayev bildirib.

M.Musayevin sözlərinə görə, sorğunun nəticələri təhlil olunduqdan sonra ASK hökumət qarşısında müvafiq təkliflərlə çıxış edəcək.

ASK rəhbəri əlavə edib ki, hazırda sahibkarların əsas istəkləri əlavə vergi güzəştlərinin tətbiqi və s. bağlıdır.

Konfedereasiya başçısı sahibkarlığın dəstklənməsi üçün bir sıra tədbirlərin planlaşdırıldığını qeyd edib. M.Musayevin sözlərinə görə, hökumət Dünya Bankı ilə Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasının dəstəklənməsi, bu məqsədlə ixracat kreditlərinin verilməsi, müəyyən güzəştlərin tətbiqi və s. nəzərdə tutulur. Hazırda həmin sənəd İqtisadi İnkişaf Nazirliyində müzakirə olunur. ASK bununla yanaşı, yerli məhsulların Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Türkiyə bazarlarına çıxarılması istiqamətində müəyyən razılıqlar əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR