Bank Of Baku

İstanbulda Avropa Ticarət və Sənaye Palataları Birliyinin toplantısı keçiriləcək

İstanbulda Avropa Ticarət və Sənaye Palataları Birliyinin toplantısı keçiriləcək
# 20 fevral 2010 08:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Fevralın 22-də İstanbulda (Türkiyə) Avropa Ticarət və Sənaye Palataları Birliyinin (Eurochambers) toplantısı keçiriləcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin dövlət naziri Əli Babacanın da iştirak edəcəyi toplantıda Avropa İttifaqı, bir sıra regional təşkilatların nümayəndələri iştirak edəcək.

Toplantıda «İqtisadi böhran, Lissabon anlaşması və Avropa İttifaqının genişlənmə prosesi» mövzusunda diskussiya paneli də gerçəkləşdiriləcək.

İclasa Türkiyə ilə yanaşı Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Monteneqro, Rusiya, Belarus, Ukrayna, İsrail, Gürcüstan və Makedoniyadan Ticarət və Sənaye palatalarının nümayəndələri qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR