Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib
# 22 fevral 2010 09:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Komitənin aparat rəhbəri Arif Əşrəfov bildirib ki, texniki komitələr respublikada keyfiyyətli ərzaq təminatını formalaşdırır, təhlükəsizlik problemlərini və harmonizasiya məsələlərini həll edir, şirkətlərin yeni standartlaşdırmaya və beynəlxalq təcrübəyə olan tələbatını ödəyir.

SMPDK-nın texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev bildirib ki, yeni yaradılmış texniki komitə bu sahədə milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilini, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili işini həyata keçirəcək.

Təqdimatda bildirilib ki, ilkin layihədə texniki komitənin daxiində məhsul növləri üzrə 8 alt komitə formalaşdırılacaq. Ümumiyyətlə isə texniki komitənin bir sədri və iki müavini olmaqla katibliyi olacaq. Texniki komitənin iclaslarında dövlət qurumları ilə yanaşı, qida məhsulları istehsal edən sahibkarlıq subyektləri, qeyri-hökümət təşkilatları, ticarət assosiasiyaları, elmi-tədqiqat institutları, ekspertlər də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR