Bank Of Baku

Rusiyanın MDB-yə sədrliyi çərçivəsində azad ticarət haqqında yeni sazişlər hazırlanacaq

Rusiyanın MDB-yə sədrliyi çərçivəsində azad ticarət haqqında yeni sazişlər hazırlanacaq
# 22 fevral 2010 11:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Rusiyanın MDB-yə sədrliyi çərçivəsində azad ticarət haqqında yeni sazişlər hazırlanacaq.
APA-nın Qazaxıstan mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kanat Saudabayevlə apardığı danışıqlardan sonra açıqlama verib.
O deyib ki, Rusiya MDB-yə sədrliyi zamanı iqtisadi sahə ilə bağlı aktiv iş aparacaq: “Bu, həm MDB-nin 2020-ci ilə qədər iqtisadi inkişaf Strategiyasının birinci mərhələsinə, həm də azad ticarət haqqında yeni dövlətlərarası sazişə aiddir”.
S.Lavrovun sözlərinə görə, ATƏT-də islahatlar aparılması, ikitərəfli münasibətlər və s. məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR