Bank Of Baku

Azərbaycan vətəndaşı Latviyada hərbi şəhərciyin sahibi elan olunub

Azərbaycan vətəndaşı Latviyada hərbi şəhərciyin sahibi elan olunub
# 23 fevral 2010 07:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına əsasən, auksionun birinci qalibi “Alekseyevskoe-servis” şirkəti müəyyən edilmiş vaxtadək (fevralın 19-dək) lotun ilkin qiyməti ilə satış qiyməti arasındakı fərqin 7%-i həcmində 190 min dollar (97 860 lat) rüsumu və 700 lat məbləğində sığorta mükafatını ödəmədiyinə görə M. Qurbanov qalib elan edilib.

Hərracın qalibi qanunla müəyyən edilmiş müddət ərzində özəlləşdirmə agentliyi ilə müqavilə bağlamadığı halda, özəlləşdirmə şərtlərinə əsasən hərracın qalibi lot üzrə ikinci ən yüksək qiymət təklif edən iştirakçı elan edilə bilər ki, bu da Azərbaycan təmsilçisi M.Qurbanov olub.

“Alekseyevskoe-servis” şirkəti şəhərciyin alınması üçün 3 mln. dollar (1,55 mln. lat) təklif edib, halbuki ilkin qiymət 323 min dollar (153966 lat) təşkil edib. M.Qurbanov “Alekseyevskoe-servis” şirkəti kimi yuxarıda qeyd edilən şərtləri yerinə yetirmədiyi halda, şəhərciyin satılması ilə bağlı yeni auksion elan ediləcək. Özəlləşdirmə şərtlərinə əsasən, alqı-satqı haqda müqavilə auksion qalibinin yazılı dəvətnamə aldığı gündən sonrakı iki ay ərzində imzalanmalıdır.

Qeyd edək ki, satınalmanın ödənişi hər ay ödəniş qrafikinə uyğun olaraq eyni hissələrlə həyata keçirilir. Ödənişlər müqavilənin imzalandığı tarixdən sonrakı ilk tam təqvim ayından başlayır. Alıcı satınalmanın dəyərini möhlətlə ödədiyi halda, bu ona qiymət qalığının illik 6%-i həcmində başa gələcək.

Qeyd edək ki, “Skrunda-1” 45,1 hektar sahədən ibarət dörd torpaq hissəsindən ibarətdir. Onun ərazisində 70 bina yerləşir və onların arasında 10 yaşayış binası, uşaq bağçası, mehmanxana, klub və çoxsaylı təsərrüfat tikililəri mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR