Bank Of Baku

Ötən il Azərbaycanda keçirilən vergi yoxlamaları nəticəsində 24 minədək obyektdə qanun pozuntusu aşkarlanıb

Ötən il Azərbaycanda keçirilən vergi yoxlamaları nəticəsində 24 minədək obyektdə qanun pozuntusu aşkarlanıb
# 24 fevral 2010 07:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda vergi orqanları tərəfindən 33 642 ticarət, iaşə, xidmət və digər profilli obyektdə operativ vergi nəzarəti həyata keçirilib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Həyata keçirilmiş tədbirlər zamanı 23 491 obyektdə qanun pozuntusu aşkarlanaraq 35 325 akt və protokol tərtib olunub. Həmin obyektlər 7 651,5 min manat cərimə edilib.

Ötən il həmçinin Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 21 523 vergi ödəyicisində səyyar vergi yoxlaması başa çatdırılıb. Bu vergi ödəyicilərinin 99,6%-də vergi qanunvericiliyinin pozulması halları aşkarlanıb və aparılmış yoxlamalar zamanı büdcəyə ümumilikdə 247,7 mln. manat əlavə vəsait hesablanıb. Bunun 173,7 mln. manatını əlavə hesablanmış vergi, 73,7 mln. manatını isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR