Bank Of Baku

Dünyanın ilk sualtı restoranı açılıb - FOTO

Dünyanın ilk sualtı restoranı açılıb - <font color=red>FOTO</font>
# 24 fevral 2010 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Maldiv adalarında dünyada ilk sualtı restoran istifadəyə verilib.

«APA-Economics»in məlumatına görə, «M.J. Murphy Ltd.» dizayn studiyasının əməkdaşları tərəfindən hazırlanan layihənin icrasına 5 mln. ABŞ dolları məbləğində vəsait sərf olunub. Restoran dənizin 5 metr dərinliyində yerləşir və artıq Maldiv hökuməti sözügedən restoranı turizm mərkəzinə çevirmək niyyətindədir. «Ithaa» adlanan bu restoranın ölçüsü cəmi 45 kv. metr (5x9 metr) təşkil edir, restoranın damı və divarları xalis şüşədəndir ki, ziyarətçilər sualtı mənzərədən zövq ala bilir.

«Ithaa» restoranı bir dəfəyə 14 nəfər ziyarətçini qəbul edə bilir və məhz buna görə müəssisənin müdriyyəti restoranda masa sifarişini ən azı 14 gün əvvəl həyata keçirməyi tövsiyyə edir.

Qeyd edək ki, restoranda həm yerli, həm də Avropa mətbəxinə aid yeməklər təklif olunur. Yeməklərin qiyməti isə 120-250 ABŞ dolları civarında dəyişir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR