Bank Of Baku

ASK prezidenti Azərbaycan-İtaliya Ticarət Palatasının başçısı ilə görüşüb

ASK prezidenti Azərbaycan-İtaliya Ticarət Palatasının başçısı ilə görüşüb
# 25 fevral 2010 07:59 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Azərbaycan-İtaliya Ticarət Palatasının prezidenti xanım Marqarita Kostanı qəbul edib.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə inkişaf etməkdə olan Azərbaycan-İtaliya iqtisadi əlaqələri müzakirə olunub, ASK ilə Ticarət Palatası arasında əməkdaşlığın perspektivləri barədə razılığa gəlinib.

Marqarita Kosta iqtisadi əlaqələrin əsasən qeyri-neft sektorunun inkişafına yönəldiyini vurğulayaraq, prioritet və perspektivli sahələr kimi aqrar sahənin inkişaf etdirilməsi, turizm potensialından hər iki ölkə vətəndaşlarının bəhrələnməsi, birgə müəssisələrin yaradılması, birgə seminar və forumların təşkili və keçirilməsi, Bakıda İtaliya Evinin yaradılması məsələlərini qeyd edib.

Qeyd edək ki, xanım M. Kosta əvvəllər İtaliyanın Azərbaycandakı səfiri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR