Bank Of Baku

Azərbaycanda «Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları» təsdiqlənib

Azərbaycanda «Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları» təsdiqlənib
# 25 fevral 2010 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən girov müqaviləsi Azərbaycanda müvafiq patentin qüvvədə olduğu müddətdə qeydiyyata alınır və müqavilə yalnız ölkədə qüvvədə olan ixtira, faydalı model və sənaye nümunəsi patenti üzrə bağlanıla bilər. Girov müqaviləsi dövlət rüsumu ödənilmək şərti ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınır.

Müqavilədə digər qayda nəzərdə tutulmadığı halda, girov müqaviləsi qüvvədə olduğu müddətdə girovqoyan girovun predmetindən onun təyinatına uyğun istifadə edə, o cümlədən ondan faydalana və gəlir götürə bilər. İxtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə patent hüququ girovqoyandan başqa şəxsə verildikdə (patent sahibi dəyişərsə) və ya universal hüquq varisliyi qaydasında keçdikdə, girov hüququ qüvvədə qalır.

Qaydalarda girov müqaviləsinin qeydiyyatı ilə bağlı Komitəyə təqdim olunacaq sənədlərin siyahısı, imzalanması, qeydiyyatının aparılma qaydaları öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR