Bank Of Baku

Azərbaycanda keçirilən son çek hərracında daha iki ASC-nin səhmləri satılıb

Azərbaycanda keçirilən son çek hərracında daha iki ASC-nin səhmləri satılıb
# 01 mart 2010 13:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 23-də keçirilmiş 552-ci çek hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə ƏMDK-dən məlumat verilib.

Səhmləri satılmış təşkilatlar «Daşkəsən Sənaye Xidmət» və «Şamaxı Aqrotexservis» SC-lərdir.

Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının ümumi həcmi 557 030 manat, buraxılmış səhmləri 1 024 964 ədəd, bir səhmin nominal dəyəri «Daşkəsən Sənaye Xidmət» ASC-də 0,1 manat, «Şamaxı Aqrotexservis» SC-də isə 2 manat təşkil edib. Hərraca ümumi nominal dəyəri 85 425,55 manat, ilkin hərrac qiyməti isə 82 527,28 manat təşkil edən 382 084 səhm çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə olmaqla satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR