Bank Of Baku

“Adidas”ın xalis mənfəəti 62% azalıb

“Adidas”ın xalis mənfəəti 62% azalıb
# 03 mart 2010 13:49 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın məşhur idman malları istehsalçısı olan Almaniyanın “Adidas” şirkətinin gəlirləri 2009-cu ildə iki dəfədən çox azalıb.

APA-Economics”in məlumatına görə, buna səbəb qlobal iqtisadi böhran və satışın şağı düşməsidir.

Ötən il “Adidas”ın xalis mənfəəti 62% azalaraq 245 mln. avroya enib. 2008-ci ildə bu göstərici 642 mln. avro təşkil edib.

“Nike”dan sonra dünyanın ikinci idman malları istehsalçısı olan “Adidas”ın satış həcmində 2009-cu ildə 4% geriləmə qeydə alınıb – 10,38 mlrd. avro. Satış fazinin aşağı düçməsi latın Amerikası və Asiyanın bəzi ölkələri istisna olmaqla dünyanın bütün regionlarında qeydə alınıb. Çində bu göstərici -10%, Qərbi Avropada -8%, Şimali Amerikada -6% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR