Bank Of Baku

Azərbaycan vətəndaşı Latviyadakı keçmiş sovet hərbi şəhərciyini almaqdan imtina edib

Azərbaycan vətəndaşı Latviyadakı keçmiş sovet hərbi şəhərciyini almaqdan imtina edib
# 04 mart 2010 07:08 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan vətəndaşı Məhəmməd Qurbanov Latviyadakı “Skrunda-1” keçmiş sovet hərbi şəhərciyini almaqdan imtina edib.

APA-Economics”in “MixNews”a istinadən məlumatına görə, imtinanın səbəbi barədə hələlik məlumat verilmir.

M.Qurbanov bu qərarı ilə girov qismində qoyduğu 10777 lat (20,7 min dollar) həcmində təminat məbləğini itirib.

Qeyd edək ki, fevralın 5-də keçirilən hərracın nəticələrinə əsasən, “Skrunda-1” şəhərciyi 1,55 mln. lata (3 mln. dollara) Rusiyanın “Alekseevskoe-servis” şirkətinə satılıb. Amma şirkət Latviya Özəlləşdirmə Agentliyinin müəyyənləşdirdiyi 19 fevral tarixinə qədər 100 min lat həcmində ödənişi həyata keçirmədiyi üçün şəhərciyi almaq hüququ digər iki iddiaçıdan biri M.Qurbanova keçib.

Hazırda agentlik yeni hərrac keçirməyə hazırlaşır. Üçüncü iddiaçının bu barədə məlumatlandırılıb-məlumatlandırılmadığı haqda informasiya yoxdur.

“Skrunda-1” şəhərciyi 1995-ci ildə qapadılıb. Sahəsi 45,1 hektar olan şəhərcikdə 70 bina, o cümlədən 10 yaşayış evi, mehmanxana, klub və uşaq bağçası var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR